Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Birbaşa Prezidentə tabe olan xüsusi nümayəndə: Hansı səlahiyyətləri həyata keçirəcək?

27-01-2021, 14:00   


Birbaşa Prezidentə tabe olan xüsusi nümayəndə: Hansı səlahiyyətləri həyata keçirəcək?

Xəbər verdiyimiz kimi, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Cebhe.info xəbər verir ki, bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzayıb.
Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinə Azərbaycan Respublikası Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.
Xüsusi nümayəndə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir.
O, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.
Xəzər
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar