Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Oqtay Əsədovun şəxsi çimərliyi və cins itləri – Keçmiş spikerlə bağlı sensasion video

28-01-2021, 09:29   


Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Sulutəpədəki villasının görüntüləri yayılıb. ANAXEBER.info xəbər verir ki, villanın görüntülərinin Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli ictimailəşdirib. “Əslində bura kompleksdir və 3-4 hektarlıq sahədə inşa olunub. Peyk görüntülərindən də göründüyü kimi, kompleksdə ikigünbəzli (elə ikibuynuzlu da oxuya bilərsiniz) əcinnə başına oxşayan villa diqqət çəkir. Villanın sağ cinahında sabiq spikerin çay evi və basseyni yerləşir. Əsədov burada qızı və Nazim adlı qardaşı üçün də villalar tikdirib, kompleksdə özəl fitness və bilyard salonları var. Ən əsası isə keçmiş spikerin Şüvəlandakı villasında olduğu kimi burada da iri tennis kortu diqqət çəkir. Hələ də tennis Federasiyasına rəhbərlik edən cənab Əsədov elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir və bu idman növü mütləq onun villalarının hündür hasarlarının içində olmalıdır. Maraqlıdır, ümumiyyətlə Oqtay Əsədov tennis oynaya bilirmi?”, - deyə o bildirib. Cavanşir Həsənli həmçinin xatırladıb ki, ötən ay Oqtay Əsədovun Türkan qəsəbəsində,  dəniz kənarında bir neçə hektarlıq ərazidə şəxsi çimərliyinin olduğunu, burada alabay cinsindən  sevimli itlərini saxladığını yazıb. O Jurnalist bu dəfə həmin ərazidən video paylaşaraq yazdıqlarının həqiqət olduğunu ortaya qoyub. “Təqdim etdiyim video Əsədovun həmin özəl çimərliyindən çəkilib. Camaat dəniz üzünə həsrət qalıb, bunlar çimərliklərdə itləri üçün pansionat tikiblər.

Deputatlar hər dəfə iclasda dəniz sahillərinin zəbt olunmasından danışanda Əsədov buna görə yerində qurcalanırmış”, - deyə jurnalist qeyd edib. Son günlər Oqtay Əsədov bir neçə qalmaqallı olayla bağlı gündəmə gəlib. Bunlardan biri onun keçmiş deputat Rafael Cəbrayılovu himayə etməsidir. Mediada gedən xəbərlərdən aydın olur ki, ayrı-ayrı vətəndaşlardan mandatını girov qoymaqla borc alan Rafael Cəbrayılovu keçmiş spiker himayə edir. Keçmiş deputatla bağlı cinayət işinin olması, borc sahiblərinin dirəniş göstərməsinə rəğmən o pulları qaytarmaqdan imtina edir və Oqtay Əsədov tərəfindən himayə olunduğunu bildirir.

ANAXEBER.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar