PİLOT RƏŞAD ATAKİŞİYEVİN ÖLÜMÜNDƏ NƏCMƏDDİN SADIKOVUN "ƏLİ" VAR? - "Bu hadisədə sui-qəsd elementləri var”

1-02-2021, 13:00   




2019-cu ilin 24 iyulunda MİQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində peşəkar pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olması ölkəni silkələdi. Hadisə ilə bağlı müəyyən araşdırmalar aparıldı və bəzi detallar üzə çıxdı. Buna rəğmən R. Atakişiyevin ölümünə dair sirr pərdəsi çəkilməyib. Müəyyən iddialar səslənir ki, bu olayın açıqlanan detalları tam olaraq həqiqəti əks etdirmir.
Təyyarənin quş sürüsü ilə toqquşaraq qəzaya uğraması ehtimalı isə qeyri-ciddi yanaşma kimi dəyərləndirilir. Olayda baş sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun da “əli”nin olduğuna dair iddialar da var.
Anaxeber.info xəbər verir ki, mərhum pilotun qayınatası, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli “Şərq” qəzetinə bildirib ki, qəza zamanı mərhum pilotun hərəkətlərində hər hansı nöqsan tapılmayıb. “O, təyyarəni təyinatlara uyğun idarə edib. Döyüş təlimindən sonra geriyə qayıdarkən təyyarəyə xarici təsirlər olduğu üçün bədbəxt hadisə baş verib. Rəşad özü də havada olarkən ağır yaralanıb. Son ana qədər texnikanı katapult etməyib, onu xilas etməyə çalışıb. Bütün bunlar belə düşünməyə əsas verir ki, təyyarəyə kənardan yad cisim və qüvvə təsir edib. Hətta Rəşadı da ağır yaralayıb. Təyyarənin quşla toqquşmasına isə inanmıram.
“Bu işdə Nəcməddin Sadıkovun “əli”nin olub-olmamasına dair yanaşmalara gəlincə, sabiq müşavir bunları söyləyib: “N. Sadıkov haqqında fikirlərim müsbət deyil, lakin onun bu məsələyə qarışması və ya günahkar olması barədə heç bir fikrim yoxdur. Belə bir məlumata malik deyiləm. Amma bu hadisədə sui-qəsd elementləri var”.

Xatırladaq ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hadisə ilə bağlı bildirib ki, araşdırma zamanı bütün tədbirlər tam qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunub:  “Biz komissiya yaratdıq, komissiyaya mənim əmrimlə peşəkar pilotlar, mühəndislər, Hərbi Prokurorluğun nümayəndələri, xarici və müstəqil mütəxəsislər daxil olmuşdu. Onlar əsas bu suala cavab verdilər ki, təyyarənin son ana kimi bütün avadanlıqları işləyib, qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub.
İkinci məqam: əgər təyyarə ilə toqquşma olsaydı, bu, qara qutuda öz əksini tapacaqdı. Bütün Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların məlumatları üst-üstə düşdü. Pilotun son anda zəif də olsa, təyyarəni idarə etməyə çalışması onu deməyə əsas verir ki, pilot göydə zərbə alıb.
Hətta biz mütəxəssislərə müraciət etdik ki, gecə vaxtı quşla toqquşma ola bilərmi? Onlar təsdiqlədilər.
Həkimlər rəy verdilər ki, hansı vəziyyətdə insan belə bir hərəkət edə bilər. Bunun hamısını danışmayacam – bu, böyük bir sənəddir. Komissiyanın rəyində bütün bu suallara cavab verilib. Bəziləri deyir ki, pilotun səsi niyə oxunmayıb? Ancaq onlar bilmirlər ki, qara qutuda pilotun səsi yazılmır”.
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.