Rusiya dünəndən etibarən Ukrayna sərhədinə 30-da çox TIR yığıb.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.
Mətbuat hazırda Qırmızı Xaçın yük avtomobillərində yoxlamalar apardığını bildirib. Aparılan araşdırmaya Amerikadan olan xüsusi xidmət qurumları da yardım edir. Yük avtomobillərinin içərisində silah olma ehtimalı var.
Ekspertlər TIR-ların sərhədə gətirilməsinin əsas səbəbinin NATO-ya cavab olduğunu vurğulayıblar.
Rusiyanın Ukrayna sərhədinə yığdığı TIR-ların əldə etdiyimiz orijinal fotosunu təqdim edirik: