Eldar Əzizov özünü yandıran ər-arvadın yanına adam və pul göndərib

14-08-2014, 17:49   
Eldar Əzizov özünü yandıran ər-arvadın yanına adam və pul göndəribPrezident Administrasiyasının qarşısında həyat yoldaşı, müharibə veteranı Elçin Salahovla birlikdə özünü yandıran Jalə Salahovanın vəziyyəti ağırdır.

Bu haqda "Azadlıq" radiosuna Elçin Salahovun bacısı Yeganə Mahmudova xəbər verib. Onun sözlərinə görə, qardaşının vəziyyəti yaxşılığa doğru irəliləsə də Jalə Salahova hələ də reanimasiyadadır: "Qardaşımda ağrılar olsa da həkim zəmanət verir ki, sağalacaq. Jalənin yanına heç kimi buraxmırlar. Həkim deyir ki, vəziyyəti ağırdır və sağalma ehtimalı da azdır".

Yeganə Mahmudova bildirir ki, avqustun 13-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları xəstəxanaya gələrək qardaşına baş çəkiblər: "Bir az maddi yardım ediblər. Deyiblər ki, narahat olmasın, hər şey düzələcək. Bu gün də zəng vurub deyiblər ki, qardaşımın özünü yandırmasına səbəb olan problemi həll ediblər. Bütün baş verənlərdən sonra nəyə lazımdır bunlar? Gəlinimiz sağalmayacaqsa, nəyimizə lazımdır? Gərək kimsə özünə qəsd edə, sonra haqq öz yerini tapa?"

Qeyd edək ki, müharibə veteranı Elçin Salahov həyat yoldaşı Jalə Salahova ilə birlikdə avqustun 13-də Prezident Administrasiyasının qarşısında özünü yandırıb. Cütlüyün yaşadıqları evdən çıxarılmaları ilə bağlı məhkəmə qərarına etiraz olaraq bu addımı atdığı bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.