Azad Rəhimova qarşı az.wikipedia.org saytında xoşagəlməz sözlər yazılıb.
Axar.az xəbər verir ki, özünü Bəkir adıyla təqdim edən şəxs Gənclər və İdman naziri Azad Rəhimovun Vikipediayada yerləşən hesabına müdaxilə edib. O, “Mənbə” bölümündə bu məlumatı əlavə edib:
“Azad müəllim Göyçay rayonunda tikilən olimpiya mərkəzinin tikintisindən mənə 15 min manat borclu qalıb. O pulu mənimsəyən Azad, Hüseyn və Leysan, sizlərə qismət olmasın. Amin. Bankdan borc aldım və ödədim. Sizləri həmişə xəstə və zəlil görmək arzusu ilə Bəkir”.
Bundan başqa, səhifədə qısa statistik məlumat bölümündə də redaktələrə yol verilib və bu da baxımsız qalıb.
Azad Rəhimovun Vikipediayadakı tərcümeyi halına müdaxilə, bunun redaktor tərəfindən qarşısının alınmaması və hələ də saxlanılması inanılmaz görünür. Belə çıxır ki, Gənclər və İdman Nazirliyinin müvafiq strukturu nazirin tərcümeyi-halı ilə bağlı yazılanlara aylardır nəzər yetirmir.
Nazirliyin münasibətini öyrənməyə çalışırıq.
My Webpage