Tapançanı azərbaycanlı sevgilisi verdi, türkiyəli qadın intihar etdi İSTANBULDA ŞÜBHƏLİ HADİSƏ

11-03-2021, 14:32   


İstanbulun Bəylikdüzü rayonunda ötən gün günorta saatlarında başından açılan atəşlə ölmüş halda tapılan qadın hadisəsinin bəzi təfərrüatları məlum olub. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yerli vaxtla saat 14.40 radələrində Bəylikdüzündə yerləşən mənzillərdən birindən silah səsi eşdildiyi haqda polisə məlumat daxil olub. Hadisə yerinə gələn polislər G.Z. adlı qadının başından tapança ilə vurularaq həyatını itirdiyini təsbit ediblər. Hadisə ilə bağlı Azərbaycan vətəndaşı X.B. saxlanılıb. Onun həmin qadınla münasibətlərdə olduğu xəbər verilir.
 

Məlum olub ki, hadisə intihardır, tapançanı isə qadına həmin Azərbaycan vətəndaşı verib. Bildirilir ki, X.B. adlı Azərbaycan vətəndaşı ilə həmin qadın bir ay əvvəl həbsdən şərti azadlığa buraxılıblar. Onların eyni cinayətə görə mühakimə olunduqları məlum olub. Qadında elektron qolbaq olduğu üçün yaşadığı yeri tərk edə bilməyib və intihar etmək üçün tapançanı ona Azərbaycan vətəndaşı gətirib verib.
Həmin Azərbaycan vətəndaşı qadını intihara təşviq etmək şübhəsi ilə saxlanılıb və polisə aparılıb. Hadisənin motivləri barədə məlumat yoxdur.
 Anaxeber.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.