Bakıda baş verən dəhşətli və müəmmalı qəzadan görüntülər- Sürücü kim olub?

27-03-2021, 13:16   


Bakıda bir nəfərin öldüyü 6 nəfərin yaralandığı qəza ilə bağlı bir neçə müəmmalı məqam ortaya çıxıb. Müəmma həm sürücünün kimliyi, həm də qəzanın hansı səbəbdən baş verməsi ilə bağlıdır.
Musavat.com xəbər verir ki, hadisə martın 5-də Zığ şossesində (beton yol) baş verib.
KİA markalı avtomobil sürətlə yol kənarında dayanan "Toyota" markalı, 10 FV 467 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.
Qəza zamanı "Toyota" markalı avtomobildə olan sürücü, 1988-ci il təvəllüdıü Gülhəsən İsmayılov hadisə yerində dünyasını dəyişib.
Sürücünün qardaşı 1986-cı il təvəllüdlü Elvin İsmayılov, 2004-cü il təvəllüdlü Elgün Məmmədov və 1995-ci il təvəllüdlü Bəhlul Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisənin təfərrüatı barədə bildirək ki, Gülhəsən İsmayılov hava yağışlı olduğu zaman yolun sağ istiqamətinə çıxaraq maşını saxlayıb. Səbəb maşının arxa şüşəsinin yağış səbəbindən palçıqlı olması, arxadan gələn avtomobilləri görməyin çətinləşməsi olub.
Sürücü və yanında olan şəxslər avtomobilin şüşəsini sildikdən sonra avtomobilə əyləşiblər. Hərəkətə başlamadan arxadan sürətlə gələn KİA markalı maşın onlara çırpılıb.
Qəzanı törədən şəxsin kimliyi məlum deyil. Mərhumun yanında olan yaxınları və hadisə şahidləri deyir ki, sürücü hadisə yerindən qaçıb.
Digər müəmma isə sürücünün kimliyi ilə bağlıdır. Hadisə şahidləri sürücünün xanım olduğunu iddia edir. Lakin sonradan maşını idarə edən şəxsin bir oğlan olduğu bildirilir.
Hadisə ilə bağlı polisdən mərhumun yaxınlarına bildirilib ki, araşdırmalar davam edir.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.