Erməniləri qorxudan görüş

17-08-2014, 10:38   
Erməniləri qorxudan görüşMelkonyan: “Naxçıvanda ermənilər əleyhinə proseslər başlayır”

Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda avqustun 18-ə nəzərdə tutulmuş görüşü erməni politoloqları ciddi narahat edib.

ANS PRESS-in məlumatına görə, erməni türkoloq Ruben Melkonyan görüş yeri kimi Naxçıvanın təsadüfən seçilmədiyini bildirib.

“Yeni prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan göstərir ki, Ermənistana qarşı düşmən münasibətlər qalır, bunun əvəzinə Azərbaycan və Gürcüstanla sıx əməkdaşlıq davam edəcək. Naxçıvan ermənilər əleyhinə proseslərin vacib platforması ola bilər. Dəfələrlə burada müxtəlif görüşlər keçiriblər”,- deyə Ruben Melkonyan vurğulayıb.

Sabah Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Zakir Həsənov, İsmət Yılmaz və İrakli Alasaniya görüşəcəklər. Görüş avqustun 19-da başa çatacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.