Rasim Quliyev niyə həbs edildi? – Qardaşı DANIŞDI

3-04-2021, 13:16   


Rasim Quliyev niyə həbs edildi? – Qardaşı DANIŞDI
“Rasim Quliyev barəsində üç aylıq həbs qəti imkan tədbiri seçilib. Ona görə ki, sənədləşmədə müəyyən xətalara yol verib. O, 2018-ci ildə aparat rəhbəri olub və işdən çıxıb. 18 il Bakı Şəhər İcra Hakimiyyətində işləyib. Uzun müddət də aparat rəhbəri olub. Onu Cinayət Məcəlləsinin 308.2 maddəsi ilə (Vəzifə səlahiyyətlərindən sui‐istifadə -red.) ittiham edirlər. O, rüşvətə görə saxlanılmayıb. Sənədləşmə işlərində problemlər olub”.
Bunu Publika.az-a açıqlamasında “Səs” İnformasiya Agentliyinin rəhbəri, politoloq Bəhruz Quliyev qardaşı Rasim Quliyevin həbsinə münasibət bildirərkən deyib.

B. Quliyevin sözlərinə görə, qərardan apellyasiya şikayəti veriləcək: “Apellyasiya mərhələsində həqiqətin, ədalətin öz yerini tapacağına inanırıq. Rasim Quliyev həm də “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəridir. Həmin analitik informasiya mərkəzi də dövlətçilik və azərbaycançılıq ideologiyasının tərənnümçüsü olub. Bu istiqamətdə böyük araşdırmalar və sorğular keçirib”.
Qeyd edək ki, bu gün R.Quliyevin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanıldığı barədə məlumat yayılıb./Anaxeber.info/
Tural Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.