Nəhəng bir cisim 16 Mart 2880-ci ildə dünyaya dəyəcək
Elm adamları bəşəriyyətin yox olacağı tarixi açıqlayıb.
ANS PRESS-in məlumatına görə, ABŞ-dan olan alimlər nəhəng bir asteroitin insanlığın sonu olacığını bildirib.
Fərziyyəyə görə, 1 kilometr ölçüsündə olan nəhəng cisim 16 Mart 2880-ci ildə Yerə dəyəcək və nəticədə nəhəng sunamilər meydana gələcək. Bu isə bəşəriyyətin yox olmasına gətirib çıxaracaq.
Elmi adının "Asteroit 1950 DA" olduğu bildirilən asteroitin sürətlə ətrafında dönərək Yer kürəsinə yaxınlaşdığı ifadə edilib.
Yer kürəsi ilə 61 min kilometr sürətlə toqquşması gözlənilən asteroitin dəhşətli partlama gücü meydana gətirəcəyi ehtimal edilir.