Kriminal aləmdə “Albert Rıjiy” və “Albert Gəncəli” kimi tanınan və Sankt-Peterburqdan olan avtoritet Əli Heydərov bu gün Moskvada qətlə yetirilib.“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, onu yaşadığı binanın idman zalında güllələyiblər.
Hücumda bir neçə nəfər iştirak edib və onlar qaçaraq hadisə yerindən uzaqlaşmağa müvəffəq olublar.
Qeyd edək ki, 1981-ci il fevralın 2-də Gəncədə anadan olan Əli Heydərov 2013-cü ildə qətlə yetirilən “Ded Xasan”ın klanına mənsub olub. Əli buna qədər ona qarşı törədilmiş üç sui-qəsddən salamat çıxsa da, dördüncüsündə həyatını itirib.