Kriminal avtoritet Əli Heydərovun qatili bacısını da öldürüb, yeznəsinin qulağını kəsib - ÖLDÜRDÜM...”,+YENİLƏNİB

14-04-2021, 16:03   


12.35
“Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərovu aprelin 12-də Moskvada “Skorpion” tapança-pulemyotu ilə güllələyən Mətləb Sultanov (əvvəlcə onun Taleh Orucov ad-soyadlı sənəd daşdığı məlum olmuşdu, tutulandan sonra əsl kimliyi müəyyən olunub,-red.) əvvəllər öz bacısını qətlə yetirdiyi üçün mühakimə olunub. “Rossia-1” telekanalı xəbər verir ki, bu cinayət 2008-ci ildə baş verib-Mətləb ata evində 33 yaşlı bacısı Pərvanə Hüseynəliyevlə dalaşıb. Bundan sonra o, bacısını öldürüb və onun ərinin qulağını kəsib.

M.Sultanov ötən gün axşam Moskvanın Krasnodarsk küçəsindəki evlərdən birində saxlanlılıb. Müstəntiqlər onun kriminal avtoriteti qətlə yetirməsinin motivlərini aydınlaşdırmağa çalışırlar. Dindirmə zamanı o, “Albert Rıjiy”i öldürdüyünü boynuna alıb, amma qətli sifarişlə törətmədiyini deyib. ““Albert Rıjiy”-i öldürdüm. O, məni söymüşdü. Söyüb. Telefonda”,-M.Sultanov bildirib.
***
Moskvanın şimal-qərbindəki fitness klubunda azərbaycanlı kriminal avtoritet Əli Heydərovu (“Albert Rıjiy”) qətlə yetirən şəxs günahını etiraf edib. Virtualaz.org bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib.
"Saxlanılan Mətləb Sultanov İstintaq Komitəsində dindirilən zaman Əli Heydərovu qətlə yetirdiyini etiraf etdi, lakin bunun üçün heç kimdən pul almadığını bildirdi. Onun sözlərinə görə, qətlin səbəbi onunla Heydərov arasındakı şəxsi münaqişə zəmnində baş verib", - o deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.