Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin iki müəllimi koronavirusdan vəfat edib. Modern.az xəbər verir ki, xeyli müddətdir xəstəxanada müalicə alan məktəbin riyaziyyat müəllim
i İradə Tağıyeva aprelin 10-da dünyasını dəyişib. Digər bir müəllim, ingilis dili fənnini tədris edən
Lalə Kərimova isə ötən gün vəfat edib.
Lalə Kərimova xəstəxanadan yayılan son videogörüntüsündə “uşaqları qoruyun” kəlməsini işlədib.Sosial şəbəkələrdə yayılan xəbərləri Bakı Şəhər Təhsil İdarəsi də təsdiqləyib.
Allah rəhmət eləsin!