Avropa çempionunu öldürən idman müəlliminə niyə 2 il həbs cəzası verildi? EKSKLÜZİV

28-04-2021, 18:50   

 

Şamaxıda qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Qətl törətməkdə ittiham olunan şəxsə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 29 yaşlı Orxan Hacıyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Orxan Hacıyevin əməli Cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsindən 122.1-ci (Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə; Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Bu maddə ilə də Orxan Hacıyevə 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası həbs edildiyi gündən hesablanıb. Qətl hadisəsi 2020-ci ilin fevral ayının 1-də baş verib.
Bildirək ki, məhkəmə araşdırmasının davamında prokuror çıxışında qeyd etmişdi ki, istintaq zamanı qətl hadisəsinin mərhumun qanunsuz hərəkətləri nəticəsində törədildiyi məlum olub. Prokuror həmçinin mərhumun hüquqi varisi Orxan Hacıyevi bağışladığını qeyd etmişdi. Bunları nəzərə alaraq prokuror Orxan Hacıyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Şamaxı rayonunda "Yeddi Gümbəz" qəbiristanlığında şəhər sakini 29 yaşlı Orxan Hacıyev aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə həmyerlisi 25 yaşlı Ruslan Surxayevi bıçaqlayıb. Beş bıçaq zərbəsi alan Ruslan Surxayev hadisə yerində ölüb.
lo5.jpg (21 KB)
                                                Ruslan Surxayev
Orxan Hacıyev Şamaxı Humanitar Kollecinin “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə II kurs tələbəsidir. O, 5-9 dekabr 2019-cu il tarixində Bakıda keçirilən Budo Dünya Kuboku çempionatında ikinci yeri tutub. Orxan Şamaxıda idman müəllimi işləyirmiş.
Dünyasını dəyişən Ruslan Surxayev isə güləş üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı olub. O, son zamanlar idmanla məşğul olmayıb və kriminal aləmə yaxınlığı ilə diqqət çəkib.
Orxan Hacıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
İlkin Muradov
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.