Azərbaycanda gənc oğlan ona dərs demiş müəlliməsini zorladı – ŞOK TƏFƏRRÜAT

3-05-2021, 12:46   


Azərbaycanda gənc oğlan ona dərs demiş müəlliməsini zorladı – ŞOK TƏFƏRRÜAT
Bir müddət əvvəl Tovuz rayonunun Məşədivəlilər kəndində baş vermiş zorlama hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Əsgərov barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zorlama - öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 157.1-ci (mənzil toxunulmazlığını pozma), 180.2.3-cü (soyğunçuluq - yaşayış sahəsinə qanunsuz girməklə törədildikdə) və 157.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə açılmış cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində şok faktlar üzə çıxıb.
Məlum olub ki, Orxanın zorladığı 1969-cu il təvəllüdlü Tahirə Məmmədova (ad və soyad şərtidir) həmin kəndin məktəbində müəllimə işləyib və illər əvvəl, Orxan 5-ci sinifdə oxuyarkən ona dərs deyib. Lakin Orxan məktəbi yarımçıq atıb çobanlıqla məşğul olmağa başlayandan sonra onu 15 ilə yaxın müddətdə görməyib.
İşsiz qaldığı üçün kəndə qayıtdı
İstintaq materiallarından məlum olur ki, hadisəni törədən gəncin atası 2001-ci ildə vəfat edib, bundan sonra anası 1 qızını götürərək kəndi tərk edib. Orxan və 2 qardaşı isə qohumlarının himayəsində böyüyüb və çobanlıq etməyə başlayıblar. O, qeyri-qanuni yolla Ağstafa rayonunun Çeyrançöl adlanan hissəsindən Gürcüstan Respublikası ərazisinə keçərək qonşu ölkədə müxtəlif şəxslərin təsərrüfatında çoban işləyib. 2019-cu ilin oktyabrında isə işsiz qalan Orxan yenidən qeyri-qanuni yolla ölkəyə qayıdıb və doğma kəndində yaşamağa başlayıb.
Gürcüstandan ata kəndinə qayıdan Orxan burada olduğu müddətdə bir neçə dəfə küçədə Tahirə müəlliməni görüb və onunal salamlaşıb. O, müəlliməsinin Tovuzun başqa kəndindən olduğunu bilib və həftədə 2 gün Məşədivəlilər kəndində kirayə tutduğu evdə tək yaşadığını öyrənib.
Bu yerdə qeyd edək ki, zərərçəkən qadın 20 il əvvəl həyat yoldaşından boşanıb və daha sonra ailə qurmayıb, övladı olmayıb.
Oktyabrın sonlarında isə gənc oğlan kənddə dostları ilə yeyib-içdikdən sonra Tahirə Əsgərovanı zorlamaq qərarına gəlib. O, saat 20:30 radələrində 51 yaşlı qadının tək yaşadığı evə gələrək ətrafı yoxlayıb və Tahirənin otağında uzandığını yəqin edəndən sonra məftillə qapının cəftəsini açıb.
Müəllimənin yalvarışlarına məhəl qoymadı
Evin işığı söndüyündən əlindəki alışqanın fənəri ilə otağa daxil olan Orxan qadına hücum edərək ona seksual xarakterli zorakılıq hərəkətləri edib. Orxanın onu zorlamaq istədiyini görən qadın onun əlindən dişləyərək qışqırıb. Məqsədinə nail olmaq üçün gənc oğlan qadını öldürəcəyi ilə təhdid etməyə və fiziki zorakılıq göstərməyə başlayıb. T.Əsgərova keçmiş şagirdinə “mən sənin ana yerindəyəm, məni də, özünü də məhv etmə”, deyərək yalvarmasına baxmayaraq Orxan “mənim anam yoxdur”, deyərək çirkin əməlini başa çatdırıb.
O, qadını zorladıqdan sonra üzünü divara çevirməsini tələb edib. Orxanın onu öldürəcəyini düşünən qadın yorğanın altına girərək üzünü çevirib. Bu zaman Orxan Tahirənin çantasını eşməyə, pul axtarmağa başlayıb. O, evdən ümumilikdə 646 manat pul taparaq götürüb və mənzili tərk edib.
Orxanın çıxıb getdiyini görən Tahirə dərhal işlədiyi məktəbin direktoruna zəng edib. Direktor digər kənd nümayəndələri ilə mənzilə gəldikdən sonra qadını öz evinə aparıb. Burada Tahirə Əsgərova 102-yə məlumat verərək başına gələnlər barədə bildirib.
Cinayət törətdikdən sonra Bakıya qaçdı
Araşdırmalar zamanı məlum olub ki, hadisədən sonra Orxan kəndi tərk edib. O, əvvəlcə bir neçə gün Tovuzda qaldıqdan sonra oktyabrın 30-da Bakıya gəlib. Noyabrın 4-də isə axtarışda olan Orxan Məmmədov Novxanı qəsəbəsi ərazisində saxlanılaraq istintaqa təhvil verilib.
Məhkəmədə təqsirləndirilən şəxs müəlliməni zorlamadığını, onunla könüllü razılıq əsasında cinsi əlaqədə olduğunu, evdən pul götürmədiyini deyib.
Məhkəmə tibbi ekspertiza rəyindən isə qadının çoxsaylı bədən xəsarətləri alması, zorlamaya və müqavimətə xas fiziki zədələrə məruz qalması məlum olub.
Gəncə Ağır Cinaytlər Məhkəməsinin hökmü ilə Orxan 9 il müddətinə azadlıqdan məhrum edilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.