Orucluq ayı, Lerik və mollanın qadına təcavüzü...

3-05-2021, 13:47   




Lerikdə 3 uşaq anasının qətli ilə bağlı yayılan təfərrüat çox düşündürücüdür. İddialara görə, kəndin mollası (adlar vacib deyil) gecə vaxtı 3 uşaq anası, həyat yoldaşı Rusiyada olan qadının evinə keçib, ona qarşı əxlaqsız hərəkət edib, qadının hay-küy saldığını görəndə isə “cibindəki bıçağı çıxararaq” onu qətlə yetirib.
Sosial şəbəkələrdə hamı mollanı söyməklə məşğuldur: iş o yerə çatır ki, QMİ bəyanat verir, mollanın “rəsmi din xadimi” olmadığını bəyan edir.
Əlbəttə, ortada qətl varsa, bu, dəhşətli bir əməldir və kəndin mollası sayılan bir şəxsin bu əməli törətməsi ən ağır şəkildə qınanmalıdır – cəzasını DİN, din və Allah verəcək onsuz da.
Amma xəbərlərə qətllə bərabər, həm də əxlaqsızlığın qarışması adamı narahat edir.
Əvvəla, qətlə yetirilən də, qatil də gənc deyil: qatilin – mollanın 49, qurbanın 40 yaşı var.
İkinci, qurban – övladları əsgərlikdə olacaq səviyyədə yetkin insandır. Molla da bunu bilir və o statuslu qadınlara heç bir kişi - o ki ola molla - “seksual hərəkət” eləməz!
Üçüncüsü, yalnız “ağlı başından çıxan axmaq” 20 yaşlı oğlun anasına – hətta əri Rusiyada olsa da - gecə sürtüşməyə çalışar ki, bu da Lerik kimi dini ənənələrin fanatcasına qorunduğu yerdə, həm də Ramazan ayında, həm də 49 yaşlı kişi, həm də kənd mollası üçün keçərli deyil.
Dördüncü, gecə vaxtı hansısa əxlaqsızlığa əl atacaq səviyyədə dəli olan mollanın “adaxlıbazlığa” yaraq-əsləhə ilə getməsi inandırıcı deyil. Bıçaq onun nəyinə lazım idi? və s.
Daha ağlabatan variant qatillə qurbanın əvvəlcədən münasibətlərinin olması, daha sonra isə münaqişə yaşamaları və qətlin düşünülmüş şəkildə baş verməsidir. Hər halda, dul sayıla biləcək qadının kiminləsə münasibət qurması ehtimalı daha yüksəkdir.
Bu da bir ehtimaldır və yalnız ona görə irəli sürdük ki, qətldə əxlaqsızlıq çaları qabardılıb. Yəni: nə ehtiyac vardı bu qətli mollanın qonşusuna tamah salması, gecə saldırısı, “seksual xarakterli hərəkəti” – qadına təcavüzü səviyyəsinə salmağa? Ortada qətl hadisəsi var, kənd mollası da bu qətllə ittiham olunacaq. Molla və mərhumə arasında şübhəli münasibətlərə diqqət çəkmək kimə lazımmış?
Axı bu, qətlə yetirilən ananın oğul övladlarının qisas düşüncəsinə səbəb ola bilər...

axar.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.