Əli Həsənovla Kəmaləddin Heydərov üz-üzə

19-08-2014, 10:15   
Əli Həsənovla Kəmaləddin Heydərov üz-üzəQobudakı milyardlıq layihə komitə sədrini hədəfə gətirib

Qobuda məcburi köçkünlər üçün tikilən şəhərcik Qaçqınlar və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovu hədəfə gətirib. Bu barədə Reytinq qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Qobudakı layihə milyardlıq layihədir və bu baxımdan digər oliqarxların da diqqətini cəlb edib.

Əli Həsənov isə prosesi öz əlində cəmləşdirmək və maliyyəyə təkbaşına nəzarət etmək niyyətindədir. Məlumatda deyilir ki, artıq Əli Həsənov ciddi müqavimətlə üzləşib. “Hətta vəziyyət o həddə çatıb ki, Qobu layihəsini Əli Həsənovdan almaq istəyənlər qəti addımlar atırlar. Onlar bildirirlər ki, Əli Həsənov bu prosesdə ancaq hazır evlərə məcburi köçkünlər yerləşdirməklə məşğul olmalıdır”, - deyə qəzet məlumatlı mənbəyə istinadən yazır.

Məlumata görə, Əli Həsənovu prosesdən kənarda qoymaq istəyənlər onun əvəzinə fövqəladə hallar naziri Kəmaləddin Heydərovu önə verirlər. Əli Həsənov isə mövqelərini gücləndirmək üçün məcburi köçkünlərdən yararlanmağa çalışır. Komitə sədri əsasən öz rayonundan (Cəbrayıldan) olan məcburi köçkünlər arasında təbliğat aparır ki, o, olmasa onlara mənzil verilməyəcək. O, həmçinin ilk növbədə həmyerlilərinin evlə təmin olunacağını vəd edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.