Bakıda ruhi əsəb dispanserində insident

19-08-2014, 11:22   
Bakıda ruhi əsəb dispanserində insident
Döyülmə faktı ilə bağlı bir neçə həkim işdən uzaqlaşdırılıb.



Söhbət 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alan 37 yaşlı Emin Abbasovdan gedir. İllərdir yeganə oğlunu bu dispanserdə müalicə etdirən Solmaz xanım oğlunun xəstəxanada dəfələrlə döyülməsindən və ona göstərilən laqeyd münasibətdən şikayətçidir.

Solmaz Abbasovanın sözlərinə görə, dərmanı qəsdən vermirdilər ki, sudurqa tutsun ölsün: “Amma sudurqası olmayıb. Gəldim gördüm ki, uşaq bütünlüklə sınıb. Özüm pullar tökmüşəm, uşağımı gəzdirmişəm travmatologiyanı, artıq məni hamı tanıyır. Bu da uşağımın döyülməsini əks etdirən şəkillər”.

Solmaz Abbasova deyir ki, oğlunun müalicə aldığı şöbədə rəhbər vəzifəsində çalışan Gülzar adlı həkim bütün hadisələri ört-basdır etməklə məşğuldur: “Hadisə baş verən gündən isə həkimi tapmaq müşkül məsələyə çevrilib. Ruhi dispanserdən isə bunun həqiqətə uyğun olmadığını və döyülmə faktı ilə bağlı bir neçə sanitar həkimin işdən qovulduğunu bildirdilər”.

Baş həkimin müavini Sevinc Hüseynova bildirdi ki, Gülzar həkim uzun illərdir psixiatr işləyir, gözəl insandır, təcrübəli həkimdir.

Solmaz Abbasova söylədi ki, “Gözəl həkim ola bilər, amma mənim oğlumu müalicə etməyib. Müalicəni kənardan etmişəm. O, həkimin elə öz tanışları da baş həkim yanına gedir”.

Hazırda əmək məzuniyyətində olan Gülzar xanımla telefon əlaqəsi yaratdıq. Həkim ona səslənən ittihamları əsassız sayaraq Solmaz xanıma və onun oğluna qarşı hər zaman diqqətli olduğunu bildirdi. O ki, qaldı döyülmə faktına, bu işdə əli olan sanitar Nazim Vəliyev işdən uzaqlaşdırılıb və hadisəylə bağlı hüquq-mühafizə orqanlarında araşdırma gedir. Amma deyəsən hələ açılmayan çox faktlar var.

Sadəcə susaraq olanları dinləyən baş həkimin müavini yəqin açıqlanan və açıqlanmayan faktlara münasibət bildirməyi lazım bilmədi. Biz isə döyülən Eminin müalicə aldığı yerin faktiki vəziyyətilə tanış olmaq üçün şöbəyə yollandıq. Elektirik lampası belə olmayan otaqda tək qalan Eminin yeməyi də elə şüşəsiz pəncərədən verilir. Gün ərzində bir neçə saat şöbədə sərbəst buraxılır. Bundan başqa Emin yaşıdlarıyla deyil, özündən yaşca dəfələrlə böyük olan ruhi xəstələrlə eyni şöbədə saxlanılır. Xəstəxananın baş həkiminin müavini olan Sevinc Hüseynova isə xəstələrin xüsusən də Eminin döyülməsi fikirlərini qəbul etmir.

Onu da öyrəndik ki, tək Emin Abbasovun anası Solmaz xanımın iddiası əsasında həmin şöbədə çalışan bir neçə həkim və sanitar vəzifəsindən uzaqlaşdırılıb. Amma bütün deyilənlərə son nöqtəni əlbəttə ki, hüquq-mühafizə orqanları qoyacaq.(ans)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.