Rusiyanın Novosibirsk vilayətində polisin başından güllələdiyi azərbaycanlı ilə bağlı daha bir məlumat yayılıb.Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, hadisənin təfərrüatları açıqlanıb.
19 yaşlı Vəkil Abdullayevin başından güllələnməsinin təfərrüatlarını REN TV yayıb.
Mənbənin sözlərinə görə, gənclər polisin avtomobili saxlamaq tələbinə məhəl qoymayıb.
Maşın saxlanlan zaman içəridəki gənclərdən biri qaçıb. Abdullayev isə sükan arxasında olub. Bundan sonra ikinci gənc maşının yanına qayıdıb və Abdullayevin polis idarəsinə aparılmasına mane olmaq istəyib.
İddiaya görə, bundan sonra əlbəyaxa dava olub. Polis bir necə dəfə Abdullayevi vurub, onu "kapota" yatırıb və bundan sonra güllə səsi eşidilib.
Hazırda gənc reanimasiyadadır. Səhiyyə Nazirliyi onun ölümü barədə xəbəri təkzib edib. Gənci güllələyən polis əməkdaşı saxlanılıb. O, iki cinayət işində ittiham olunur.
Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə - vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıq edərək bədənə xəsarətlər yetirmək maddələri ilə cinayət işi başlanıb.
Xəzər
Cebhe.info