Türkiyədə mafiya başçısı hesab olunan Sedat Pekerin sabiq Daxili işlər naziri Mehmet Ağarın "Palmali" şirkətinin sahibi Mübariz Məsimovu öldürtmək istədiyini, hətta bu məqsədlə "Lotu Quli" kimi tanınan rəhmətlik Nadir Səlifovun deport qərarını ləğv etdirməsi və sair kimi sensasiyalı iddiaları ardaş ölkə ilə yanaşı, Azərbaycanda da böyük maraq oyadıb.Mia.az xatırladır ki, Sedat Peker
"dərin dövlət" adlandırdığı Mehmet Ağarın Mübariz Məsimova məxsus olan Bodrumdakı perestjli liman -
"Bodrum Yalıkavak marina"ya (Bu limana hər il dünyanın ən məşhur iş adamları, dövlət nazirlər, hətta ölkə başçılarının şəxsi yaxtaları ilə gəldiyi də bilinir -Red.) "çökdüyü"nü bəyan edib.
Mia.az-ın məlumatına görə, bu və ya digər iddialarla bağlı ötən gün Habertürk-ə müsahibə verən Türkiyənin Daxili işlər naziri Süleyman Soylu sabiq nazir Mehmet Ağara çağırış edib:
"Hörmətli Ağarın marinada (liman) vəzifə alması doğrumu? Mən olsam, 48 saat içində ayrılaram. Nazir olaraq, bunu deyirəm".Məlumata görə, bu çağırışdan sonra Mehmet Ağar limanın idarə heyətinin sədri vəzifəsindən ayrıldığını bəyan edib: "Əslində, bu iddialar ortaya çıxandan sonra ərizə vermişdim. Lakin İdarə Heyəti hələ qərarr verməmişdi. Bu günlərdə ağöır əməliyyat keçirdim, hazırda İstanbulda evimdəyəm. Bndna sonra Bodrumda nə işim var? Sağ olsun, İdarə Heyətiəməliyyatımı da nəzərə alaraq, mənə xoş jest edib. İstefam qəbul olunub".
Yeri gəlmişkən, qeyd edək ki, Mehmet Ağar bundan əvvəl Türkiyənin "Sözçü" qəzetinə açıqlamasında
"Məni gündəmə gətirmələrinin əsl səbəbi bizi buradan (limandan-red) uzaqlaşdırmaqdır. Bizi buradan uzaqlaşdırandan sonra həyata keçiriləcək plan bəllidir: buraya mafiya çökəcək. Bu gün əgər mafiya buraya girə bilmirsə, bizim burada olmağımızdandır", - demişdi. Məhz nun bu sözləri Soylunu çox sərt qəzəbləndirmişdi.
Mehmet Ağar isə bundan sonra ifadəsinə görə üzr istəmişdi.
Anaxeber.info