Müstəntiqlər Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişinə əsasən, mayın 28-də qanun pozucusunun başına təsadüfən atəş açan polis məmurunu həbsdən azad ediblər.Virtualaz.org TASS-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Bu gün İstintaq Komitəsi sədrinin tapşırığı ilə müstəntiq polis barəsində qətimkan tədbirini dəyişdirərək başqa yerə getməmək və lazımi davranış haqqında iltizam seçib", - deyə o bildirib.
Xatırladaq ki, faciə 28 mayda baş verib. Sürücü həbs edilərkən polis məmuru təsadüfən atəş açıb və sərnişin-19 yaşlı Vəkil Abdullayev həlak olub.
"Hazırda asayiş keşikçilərinə qarşı zorakılıq hallarında şübhəli bilinən iki nəfər saxlanılıb. İstintaq həbs qismində qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırmaq niyyətindədir", - deyə Petrenko bildirib.
Virtualaz.org