Tarixçi Vitali Qromov: “Belə çıxır ki, daha Rusiyada azərbaycanlını öldürənləri məsuliyyətə cəlb etməyəcəklər...” VƏKİL ABDULLAYEVİ CORC FLOYDLA MÜQAYİSƏ ETDİ

14-06-2021, 18:16   


Rusiyanın Novosibirsk şəhəri ətrafındakı Maşkovo qəsəbəsində mayın 28-də yol patrul polisinin leytenantının qayda pozan azərbaycanlı gənc Vəkil Abdullayevi tabel silahı ilə vurub öldürməsi hadisəsi hələ də ictimai müzakirə mövzusudur. Virtualaz.org xəbər verir ki, tanınmış rusiyalı tarixçi Vitali Qromov azərbaycanlı gənci öldürən polisin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığı ilə sərbəst buraxılmasına etiraz edib. Və Vəkil Abdullayevi ABŞ-da polisin öldürdüyü qaradərili Corc Floydla (bu hadisə Amerikada kütləvi iğtişaşlara səbəb olmuşdu) müqayisə edib.

“Bu fakt təəcüb və anlaşılmazlıq yaradır ki, Rusiyanın hüquq-mühafizə orqanları vətəndaşın etnik mənsubiyyəti əsasında qərar qəbul edir, hüquqi dövlətdə isə belə olmalı deyil. Böyük həcmdə sübutların, o cümlədən atəş açılmasının videosunun mövcudluğuna baxmayaraq Rusiya hüquq-mühafizə orqanları hesab ediblər ki, başqa etnosun, konkret olaraq azərbaycanlının öldürülməsinə görə Rusiyada məsuliyyətə cəlb etmək lazım deyil”,-Vitali Qromov regional om1.ru portalına bildirib.
Onun sözlərinə görə, istənilən cəzasızlıq daha ağır nəticələrə və cinayətlərin təkrarlanmasına gətirib çıxarır.

“Bu cür qərəzli qərarla Pandora qutusu açılmış olur və hüquq-mühafizə orqanlarına mesaj verilir ki, bu gündən etibarən azərbaycanlının və ya başqa etnosun nümayəndəsinin ölümünə görə Rusiyada heç kim cəzalandırılmayacaq. Rusiyanın güc strukturları özlərinə hesabat verirlərmi ki, beləliklə “hüquqi dövlət” anlayışının üstündən xətt çəkirlər. Hansı ki, hüquqi dövlətin başlıca postulatı qanunun aliliyidir və orada istənilən vətəndaşın, milliyətindən və dinindən asılı olmayaraq, hüquqları təmin olunur.  Əgər qatili ancaq buna görə azad edirlərsə ki, ölən başqa etnosun nümayəndəsidir, o zaman bu işdən hüquq-mühafizə orqanlarının yüksək eşalonlarına hopmuş rasizm iyi gəlir”,-Qromov bildirib.

O, Vəkil Abdullayevin şəxsiyyətini Corc Floydla müqayisə edib və xatırladıb ki, polis tərəfindən öldürüləndən sonra Floyd milli qəhrəmana çevrilmişdi. “Diasporu elə indi sakitləşdirmək lazımdır, əks halda biabırçı Amerika ssenarisi bizim üçün də reallıq olacaq”,-o deyib.
Xatırladaq ki, Azərbaycan Milli Məclisinin bir qrup deputatı Rusiya prezidentinə müraciət edərək Abdullayevi öldürən polis əməkdaşı Aleksandr Qusevin sərbəst buraxılması barədə Bastrıkinin qərarına etiraz bildirib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.