BMT hakimiyyəti məhbusları dərhal azad etməyə çağırdı

19-08-2014, 18:22   
BMT hakimiyyəti məhbusları dərhal azad etməyə çağırdıBMT-nin İnsan Haqları üzrə ekspertləri Azərbaycanda tanınmış hüquq müdafiəçilərinin təqib olunmasını pisləyir və repressiyaları dayandırmağa çağırır.

“Biz təqib, həbs, saxta ittihamlar əsasında çıxarılan hökmlərdən, fəalların ölkədən çıxlmasının məhdudlaşdırılmasından sarsılmışıq. Hüquq müdafiəçilərinin təqib edilməsinin dayandırılmasını tələb edirik. Əsassız yerə həbs olunanlar dərhal azad edilməlidir”, - deyə bəyanatda bildirilir.

BMT ekspertləri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun, konfliktoloq Arif Yunusun, hüquq müdafiəçisi Rəsul Cəfərovun, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin həbsinə xüsusi toxunublar.

Bənayatda həmçinin deyilir: “Bir ildən az müddətdə ölkədə situasiyanın artıq üçüncü dəfə pisləşməsi ciddi narahatçılıq doğurur. Biz fəallara qarşı repressiyaların artmasından narahatıq”.

BMT ekspertləri insan haqları ilə bağlı götürdüyü öhdəlikləri də hakimiyyətin yadına salıb.

Bəyanatda həmçinin deyilir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü hakimiyyətin azadlıqların boğulmasına yölənik addımları ilə uzlaşmır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.