Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə “qadınları zorlayın” deyə çağırış edən blogerlə bağlı araşdırmalara başlayıb.Turkustan.info-nun məlumatına görə, məsələ ilə bağlı açıqlama verən DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, sözügedən paylaşımdan məlumatlıdırlar:
“Artıq həmin şəxsin kimliyinin və yerinin müəyyən edilməsi istiqamətində araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsindən asılı olaraq, həmin şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul olunacaq”.
***10:31Ötən gün sosial şəbəkədə özünü “Pantural” kimi təqdim edən şəxs izləyicisi olan böyük kütləyə, kişi cinsindən olan şəxslərə xitab edərək ictimai yerlərdə onları şəhvətləndirən qadınlara qarşı seksual xarakterli zorakılıq əlamətləri törətməyə çağırış edib.Turkustan.info xəbər verir ki, “Pantural” videosunda açıq-saçıq geyinən qadınların kişiləri narahat etdiyini deyib:
“Sən diskomfort yaşadırsan. Bəli, şüur bizə verilib ki, nəfsimizə qalib gələk. Buna görə də siz küçədə salamat gəzə bilirsiniz, başınızı üzmürük ya da şapalaq vurmuruq, amma vurmaq lazımdır”.
Həmin şəxs daha da irəli gedərək sosial şəbəkələrdə müzakirələr zamanı “harada açıq-saçıq q****q gördüz, zorlayın, adlı çağırış edirəm” deyə şərh yazıb.
70 min izləyicisi olan bloger daha sonra “Pantural üzr istədi” adlı ironik başlıqlı videosunda bu çağırışına görə onu tənqid edənləri fahişə adlandırıb. /konkret.az/