Azərbaycanda 15 yaşlı qızı ərə verdilər, valideynlər polisə çağırıldı

13-07-2021, 12:21   




Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Report"a açıqlamasında bildirib ki, araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.
Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
***
Şəkidə 15 yaşlı qız ailə qurub.
Musavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
İlkin məlumata görə, hadisə Şəkinin Dəhnə kəndində qeydə alınıb. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi qeyd edilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov oxu.az-a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında araşdırma aparılır:
“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.