Kiçik Dəhnə kəndindən olan 15 yaşlı Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verilməsi ilə bağlı yayılan xəbərə atası münasibət bildirib.
Publika.az-a danışan yeniyetmənin atası qızı haqda yayılan məlumatları şayiə adlandırıb:
“Bu dəqiqə polis şöbəsindəyik. Məsələ ilə bağlı araşdırma gedir. 15 yaşlı qızımı ərə verməyimiz barədə yayılan xəbərlər doğru deyil. Ayıbdır, bütün bunların hamısı şayiədir. Qızım Bakıda tibb bacılığı oxuyur”.
Qeyd edək ki, Şəki rayon Kiçik Dəhnə kənd icra nümayəndəsinin müavini Seyran Manafov Publika.az-a qızın evləndirilməsi ilə bağlı faktı təsdiqləyib.