Türkiyəni yandıran terror: PKK kiminlə və niyə işbirliyi qurub?

2-08-2021, 17:53   


Türkiyəni yandıran terror: PKK kiminlə və niyə işbirliyi qurub?

Türkiyədə terror təşkilatı kimi tanınan "Alov uşaqları" ölkədə meşə yanğınlarına görə məsuliyyəti öz üzərinə götürüb.
Xəbər verilir ki, "Alov uşaqları" terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəlidir.Təşkilatın yaydığı açıqlamada "Türk rejimi başqa bir dil anlamır, ona görə onu alovla diz çökdürməyin vaxtı gəlib" deyilir.
Maraqlıdır, PKK daha çox insan tələfatına yönəlik terraktlarla yadda qalır. Bu dəfə təbiətə yönlik terror aktının törədilməsində PKK-nın dəstəkçiləri, yolgöstərənləri kimlər olub?
Məsələylə bağlı Cebhe.info-ya açıqlama verən QAFSAM sədr müavini, siyasi şərhçi Nazim Cəfərsoy deyib ki, hazırkı dövrdə meşə yanğınları məsələsi dünya təhlükəsizlik anlayışı ilə, eyni zamanda bu sahədə ölkə xaricində aparılan siyasətlə sıx əlaqəlidir:

“Əvvəllər təhlükəsizlik məsələsi ölkə üçün fərdi siyasi mahiyyət daşıyan mövzu idi. Hazırda isə durum bir az fərqlidir. Təhlükəsizlik məsələsi yeni istiqamət götürüb”.
Türkiyə məsələsinə gəldikdə isə siyasi şərhçi söyləyib ki, ölkənin əsas resursları həm də turizm sektorunda cəmləşdiyindən, ölkəyə zərər vurmaq istəyən istənilən terror təşkilatı, xarici güc bu prosesdə fəal iştirak etməyə çalışır. Onun sözlərinə görə, həm Türkiyə daxilində, həm də Suriyada PKK-ya çox ciddi zərbələr vurulub ki, bu da təşkilatı müəyyən işlər görməyə məcbur edir:
“Bunlardan biri də taktika dəyişdirərək Türkiyədə bu cür meşə yanğınları çıxarmaqdır. Hətta bu işlə məşğul olmaqları üçün “Alov uşaqları” deyə bir qrup da yaradıblar”.
Digər tərəfdən isə Türkiyənin xarici ölkələrlə həm geosiyasi, həm də turizm sahəsində problemləri olduğunu söyləyən Nazim Cəfərsoy əlavə edib ki, o ölkələrdən biri də Yunanıstandır:
“NATO-da bir yerdə olmalarına baxmayaraq, bu ölkə ilə Türkiyə həm ümumi stratejik baxımdan, həm də turizm sahəsində rəqibdir. Bu da o fikiri yaradır ki, yanğınların arxasında Yunanıstan da ola bilər. Çünki tarixə baxsaq, yunan kəşfiyyatında belə təcrübələr çox olub”.
Siyasi şərhçinin fikrincə, son dönəmdə Rusiya-Türkiyə münasibətlərindəki dərinləşmədən narazı qüvvələrin olduğu nəzərə alındıqda həmin qüvvələr də bu şəkildə münasibətləri provokasiya edə bilərlər: “Bu cür yanğınların törətmək üçün bir neçə qrup da bir araya gələ bilər”.
Şəbnəm Adil
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.