Polisi döyən deputat Eldəniz Səlimov həbsdə kiminlə eyni kamerada qalır?

12-08-2021, 15:37   



Məlum olduğu kimi Xaçmazın deputatı Eldəniz Səlimov hazırda həbsdədir.
Polisi döyməkdə ittiham edilərək həbs olunan deputat Eldəniz Səlimov Bakı İstintaq Təcridxanasında saxlanılır.
Musavat.com xəbər verir ki, deputatın kamerada kiminlə saxlanılması ilə bağlı vəkil Cavad Cavadov məlumat paylaşıb.
Vəkil qeyd edib ki, deputatla birlikdə daha 7 nəfər də eyni kameranı bölüşür.
Onlardan biri də ilahiyyatçı Taleh Bağırzadənin rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovdur.
Vəkil bir kamerada 8 nəfərin saxlanılmasının sıxlığa səbəb olduğunu qeyd edib.
Xatırladaq ki, Razı Hümbətov külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə həbs edilib. O, ittihamları qəbul etmir.

İlkin Muradov
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.