Həkim bir ailəni məhv etdi- Oqtay Şirəliyevə müraciət

22-08-2014, 15:52   
Səhiyyə Nazirliyinin rəsmi saytında Oqtay Şirəliyev tənqid sərt olunub.
AzNews.az xəbər verir ki, nazirliyin saytının şikayət bölməsində Nadir Lalayev adlı nazirə müraciət ünvanlayaraq onu bir sıra məsələlərdə suçlayıb. Müraciətdən bəlli olur ki, həkimlərin səhlənkarlığı və özbaşınalığı nəticəsində şikayətçinin ailəsində faciə yaşanıb.
Müraciətdə deyilir: “Hörmətli nazir, 20-ci müraciətimi edirəm sizə. Sizin göstərişinizə əməkdaşlarınız laqeyd yanaşdılar və nəticədə qızımı vəziyyətinə uyğun aparatlarla təchiz olunmayan, bazar qanunları ilə işləyən doğum evinə yerləşdirdilər. Lazimi müalicə aparılmadı və nəticədə həkimlərin bağışlanmaz səhlənkarlığından qızım xəstəxanada öldü. Üç gün sonra faciəyə dözməyən nənəsi vəfat etdi. Məsuliyyətsizlik və laqeydlik həyat yoldaşımın və digər körpələrin həyatını təhlükədə qoyub. Qızımın müalicəsilə əlaqədar xəstəxanadan arayış ala bilmirik. Qızımın ölüm səbəbini araşdıran komissiyada əksəriyyət doğum evlərini bazara çevirən, iyrənc hərəkətləri ilə səhiyyəni nüfuzdan salan həkimlərdən təşkil olunub. Rəyi mənə vermək onların borcudur, lakin 50 dəfədən çox müraciət etsəm də, ala bilmirəm. İnsanlıq hissiyyatlarını itiriblər, ailəmizdə baş verən faciəni dərk etmirlər. Sizin göstərişinizlə 02.04.2014-cü il də Y.Babayevin qəbulunda oldum, amma rəyi yenə vermədilər”.
Şikayətçi onu da deyib ki, Y.Babayevə zəng edirəm cavab verir ki, Nazirin göstərişini gözləyirik: “Amma biz hələdə 2 ay yarımdan çoxdur gözləyirik. Xahiş edirəm mənə rəyin və arayışın verilməsi üçün ciddi göstəriş verəsiniz...”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.