Azərbaycanda 18 yaşlı qız anası və qardaşı tərəfindən ağır fiziki işgəncələrə məruz qalıb.Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.Onun sözlərinə görə, artıq hadisə ilə bağlı cinayət işi başlanılıb:
"18 yaşlı qız evdə anası və qardaşı tərəfindən zorakılığa məruz qalıb. Onun əl-qolunu bağlayaraq bıçağı qızdıraraq bədəninə basıblar. Uşaqlıqdan bu işgəncələrə birtəhər dözən qız sonda evdən çıxa bilərək polisə müraciət edib. Hazırda xanım sığınacaqdadır. Xanıma verilən işgəncə ilə bağlı artıq cinayət işi başlanılıb".“Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova
Cebhe.info-ya hadisənin baş vermə səbəbini açıqlayıb.
O bildirib ki, hazırda qız dindirilir:
“Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır. Cinayət işi ilə bağlı prokurorluq ciddi şəkildə məşğuldur. Yəqin ki, bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda uşağın vəziyyəti normaldır, onda hansısa davranış pozuntusu yoxdur. Deyilənlərə görə, uşaq özünü apara bilmir, sözə qulaq asmır. Məhz 8 yaşından etibarən uşağa bu cür hərəkətlər edilməyə başlanılıb.Bu yaşda olan uşağın nə pis hərəkəti ola bilər ki?! Belə ki, ana körpə yaşlarından başlayaraq uşağın bədənini yandırmağa başlayıb. Ananın qız övladına belə davrandığına görə, özünün problemi olsun”.Mehriban Zeynalova həmçinin əlavə edib ki, indiyədək təşkilata bü cür müraciət daxil olmayıb. O, uşağın bədənində siqaret yandırma, xırda dağ basma kimi hərəkətlərlə bağlı müraciətlə birinci dəfədir qarşılaşdığını deyib.
Şəlalə Babayeva
Cebhe.info