Ermənistan müharibəyə hazırlaşır - Ehtiyatda olan hərbçilərin görünməmiş miqyasda toplanışı davam edir

13-09-2021, 08:19   

Ermənistanda ehtiyatda olan hərbçilərin görünməmiş miqyasda toplanışı davam edir. Birinci mərhələ hələ avqustun 25-də  üç ay müddətinə başlayıb, ikinci üçaylıq toplanış mərhələsinə sentyabrın 15-də start veriləcək. Beləliklə, ilin sonunadək bir neçə min ehtiyatda olan hərbçinin "çıxdaş edilməsi" planlaşdırılır, “Sputnik Armeniya” yazır.
Keçmiş zabit, hərbi icmalçı Narek Nersisyan qeyd edir ki, Ermənistanda belə miqyaslı toplanışlar 15 ildir ki, keçirilməyib, halbuki, müdafiə haqqında qanun hər il toplanışların keçirilməsini mütləq şərt edir. Bununla belə, müdafiə büdcəsində hərbi toplanışların xərci ayrıca maddə üzrə göstərilməyib. Və indi hakimiyyətin itirilmişlərin yerini doldurmağa qərar verdiyi bir vaxtda hazırkı toplanışlar çoxlarında təəccüb doğurur.
"Lakin deməliyəm ki, qeyri-adi heç nə baş vermir, Ermənistan hələ də müharibə vəziyyətindədir. Hərbi-siyasi, hətta elmi nöqteyi-nəzərdən müharibə ancaq o zaman bitmiş olur ki, tərəflərdən biri qalib gəlir. Şübhəsiz ki, biz ciddi insan və ərazi itkiləri (1993-cü ildən işğal olunmuş Azərbaycan əraziləri-Turan) vermişik, ancaq müharibə bitməyib. Bu nöqteyi-nəzərdən belə toplanışlar kimisə qorxutmamalı və ya təəccübləndirməməlidir",- Nersisyan “Sputnik Armeniya”ya müsahibəsində deyib.
Ekspert bu təlimlərin intensivləşdirilməsini, onların  maksimum real döyüş şəraitinə yaxınlaşdırılmasını zəruri hesab edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.