Rusiyada DƏHŞƏT: Universitetdə TERROR - ÖLƏNLƏRİN SAYI ARTDI YENİLƏNDİ- video
20-09-2021, 12:57
Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb. Musavat.com xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb. **** Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur. O, artıq saxlanılıb. T.Bekmansurov bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını deyib.
****
Rusiyanın Perm Dövlət Universitetə silahlı basqın olub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.//“Report”