Perm universitetinə edilən silahlı basqının ŞOK TƏFƏRRÜATI

22-09-2021, 14:51   


Perm universitetinə edilən silahlı basqının ŞOK TƏFƏRRÜATI

Sentyabrın 20-də Perm Dövlət Milli Araşdırma Universitetinə silahlı basqın edən Timur Bekmansurovun dostu gəncin bir gün əvvəl necə davrandığını danışıb.
Cebhe.info xəbər verir ki, "Life SHOT" xəbər verir.
Timurun dostu bildirib ki, iki-üç il əvvəl o, hərbi mövzu ilə məşğul olmağa başlayıb:
"Silahdan atəş açmaq üçün icazə almağı xəyal edirdi. Səbəbini soruşanda Bekmansurov "elə-belə, sadəcə" cavabını verdi", - deyə dostu qeyd edib.
O, baş verənlərdən bir gün əvvəl Timurun evində olduğunu söyləyib:
"Mənə qara rəngdə silah, patronlar və 10-15 sm uzunluğunda bıçaq olan dəmir qutu göstərdi. O, özünə patron saxlamaq üçün cibləri olan qara jilet də almışdı", - deyə dostu əlavə edib və deyib ki, onun qara metal dəbilqəsi də olub.
"Niyə bu qədər patrona ehtiyac olduğunu soruşdum, ancaq gülümsədi və heç nə demədi. O, əvvəllər atış poliqonlarına gedirdi, buna görə də o anda patronların təlim üçün alındığını düşündüm", - deyə dostu bildirib.
Timurun dostu deyib ki, onlar öz aralarında əvvəllər təhsil müəssisələrinə hücum mövzusunu müzakirə ediblər. Timur təcavüzkarların hərəkətlərinin təfərrüatlarını danışarkən həmişə neytral mövqedən danışıb, təcavüzkarları qınamayıb, həm də onları dəstəkləməyib.
Xatırladaq ki, sentyabrın 20-də 18 yaşlı Timur Bekmansurov Perm Universitetinin binalarından birinin ərazisində atəş açmağa başlayıb. Tələbələr tədris binalarının pəncərələrindən tullanmağa başlayıblar. Cinayətkar altı nəfəri öldürüb, son məlumata görə, 43 nəfər isə güllə yarası alıb.
Sevinc Tapdıqqızı
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.