Əli Əliyev sosial şəbəkədəki çıxışlarına görə prokurorluğa çağırılıb

23-09-2021, 09:22   



Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev sosial şəbəkələrdəki çıxışlarına, mediadakı müsahibələrinə görə sentyabrın 22-də Baş Prokurorluğa çağırılıb.
Orada partiya sədrinə xəbərdarlıq olunub.
Bu barədə Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Prokurorluq iddia edir ki, Əli Əliyev "Youtube”dakı çıxışlarında müxtəlif şəxslər barədə böhtan və təhqir xarakterli ifadələr səsləndirib.
Partiya sədri həmçinin vətəndaşlara qarşı zorakılığa yönəlik çağırışlar etməkdə, internet resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməkdə, COVİD-19 pandemiyasına qarşı mübarizəfə görülən işlərə kölgə salmaqda ittiham olunur.
"Əli Əliyev Baş Prokurorluğa dəvət edilərək, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməlləri davam etdirəcəyi təqdirdə haqqında qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyinə dair ona xəbərdarlıq edilib", - prokurorluğun məlumatında bildirilir.
Əli Əliyev sosial şəbəkələrdəki çıxışlarında və mediaya müsahibələrində korinavirusa qarşı mübarizə də daxil olmaqla, bir sıra mövzularda məmurları, onların əməllərini tənqid edən fikirlər səsləndirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.