İranın Azərbaycana qarşı aqressiyasının səbəbləri bəlli oldu: Tehran nədən narahatdır? - AÇIQLAMA

23-09-2021, 14:29   




İranın Azərbaycana qarşı aqressiyasının səbəbləri bəlli oldu: Tehran nədən narahatdır? - AÇIQLAMA
Son günlər Azərbaycana münasibətdə İran özünü çox impulsiv və hətta bir qədər həyasız aparır.
Anaxeber.info xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlamasında tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyib. O İranın niyə bu cür addımlar atdığını belə izah edib:
-Azərbaycanın Qarabağ savaşındakı uğurunu həzm edə bilmir;
-açıq dəstək verdiyi İrəvanın uduzmağından məyusdur;
-müsəlman dövlətləri kimi Türkiyə və Pakistanın bölgədə artan nüfuzundan narahatdır;
-Rusiyanın “Zəngəzur dəhlizi”nin açılmasına tərəfdar olmasından qorxur;
-özünün riyakar “islam həmrəyliyi” siyasətinin ifşa olunmasından, Azərbaycandakı “5-ci kolon”unun seyrəlməsindən pəjmürdədir;
-Ərdoğan-Putin görüşündən (Soçi, 29 sentyabr) və ümumən Rusiya-Türkiyə işbirliyindən ehtiyatlanır;
-Türkiyə və Ermənistan arasında yaxınlaşmanı özü üçün fəlakət sayır və sairə.
Qulu Məhərrəmli – qul psixologiyalı ingilis bayrağı
Qulu Məhərrəmli İranın hərbi təlimlərinə cavab olaraq Türkiyənin sərhədə xeyli qoşun, hərbi texnika, o cümlədən pilotsuz uçuş aparatları (PUA, “Bayraktar” və s.) yığdığını bildirib. Tehranda və Təbrizdə isə İranın Ermənistana dəstəyinə qarşı kütləvi etirazların başlamasına diqqət çəkib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.