Düşmənin fəallaşmasına, əks-hücumuna baxmayaraq, anti-terror qüvvələri terrorçulara ciddi zərbə vurmağa, onların mövqelərini ələ keçirməyə davam edir.
Axar.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə anti-terror mərkəzindən məlumat verilib.
Təxminən 40 nəfərə yaxın canlı qüvvə, 3 BMP və 1 tank məhv edilib. Elenovka yaxınlığında hərbi maşın karvanının atəşə tutulması nəticəsində isə 5 tank, 6 zirehli döyüş maşını, 1 BM-21 “Qrad” qurğusu, 1 haubitsa və 80-ə yaxın rus muzdlusu öldürülüb. ən son məlumata görə isə, daha 2 tank və 1 BMD vurulub. Ümumilikdə isə 250 rus muzdlusu, 8 tank, 10 zirehli döyüş maşını, 3 “Qrad” qurğusu, 1 haubitsa məhv edilib” – mərkəzdən bildirilib”.
Mərkəzdən eyni zamanda bildirilib ki, İlovaysk rayonunda Donbas batalyonu əməliyyat çərçivəsində 50, Krivbass ərazi müdafiə batalyonu isə 40 separatçını məhv edib