Hulusi Akar Rusiyanın razılaşmanı pozduğunu bəyan etdi, Hmeymim aviabazasına strateji bombardmançılar endi KRİTİK ƏRDOĞAN-PUTİN DANIŞIQLARI ƏRƏFƏSİNDƏ

28-09-2021, 11:13   



Hulusi Akar Rusiyanın razılaşmanı pozduğunu bəyan etdi, Hmeymim aviabazasına strateji bombardmançılar endi

Türkiyənin müdafiə naziri Hulusi Akar Rusiyanın Suriyanın şimalındakı İdlib bölgəsinə son günlər artan hava zərbələrindən narahatlıq ifadə edib. Nazir bəyan edib ki, bu hava hücumları Rusiya ilə imzalanmış memoranduma ziddir.
Virtualaz.org xəbər verir ki, Hulusi Akar bu bəyanatla prezident Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə sentyabrın 29-da baş tutacaq kritik danışıqları ərəfəsində, Müdafiə Nazirliyində keçirilmiş müşavirədə çıxış edib. Həmin danışıqlarda əsas mövzulardan biri İdlib olacaq.

“Biz Rusiya ilə razılaşmanın prinsiplərinə sadiqik və onlara diqqətlə əməl edirik. Amma son vaxtlar hava hücumlarının sayı artıb. Biz bəyan edirik ki, bu qarşılıqlı anlaşma memorandumuna uyğun deyil. Bununla bağlı danışıqlar bütün səviyyələrdə davam edir”,-Hulusi Akar bildirib.
Bu arada Rusiya mənbələri Suriyadakı Hmeymim aviabazasına yenidən Tu-22M3 strateji bombardmançılarının endiyini xəbər verir. Bu təyyarələrin İdlibdəki müxalif yaraqlıların möqelərinə taktiki zərbələrin endirilməsi üçün göndərildiyi təxmin edilir. Bundan əvvəl isə Türkiyə Suriyanın şimalına əlavə olaraq minlərlə hərbçi və çoxsaylı texnika yeritmişdi.
Xəbərlərə görə, Əsəd ordusu Rusiyanın dəstəyi ilə İdlibə yeni hücuma hazırlaşır.
virtualaz.org
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.