Minsk Qrupu həmsədrlərinin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla bir arayaya gəlməsi vasitəçilərin yenidən prosesə qoşulmasına rəvac verib.Qeyd edək ki, həmsədrlərin prosesə qayıtması
ABŞ və Fransanın başlıca tələblərindən biri idi, Ermənistan da eyni mövqedən çıxış edird
. Rusiyaya gəldikdə, rəsmi Moskva əsas təşəbbüskarlardan biri kimi çıxış etməsə də, vasitəçilərin yenidən aktivləşməsinə qarşı çıxmır.
Amma 44 günlük müharibənin yaratdığı reallıqlara uyğun olaraq vəziyyət tamamilə fərqlidir. Azərbaycan Qarabağ münaqişəsini bitmiş sayır, bu kontekstdə Minsk Qrupu ilə müzakirə etməyə heç bir mövzusunun olmadığını bəyan edib. Bununla yanaşı rəsmi Bakı həmsədrlərin Azərbaycan və Ermənistan arasında problemlərin həllində vasitəçi olmasına etiraz etmir.
Beləliklə, həmsədrlər yenidən müzakirələrə qayıdıblar, amma bu dəfə əsas ziddiyət onların missiyasının nədən ibarət olacağıdır. Azərbaycan Qarabağ məsələsini müzakirə etməyəcək, o zaman vasitəçilərin mandatı nədən ibarət olacaq?Keçmiş xarici işlər naziri
Tofiq Zülfüqarov bildirir ki, bölgəyə hakim olan Türkiyə-Rusiya tandemi "Qərb ortaqları"nı münaqişə sonrası siyasi prosesə qaytarmağa qərar verdi. Onun sözlərinə görə, bu qərarın niyə məhz indi verilməsi ilə bağlı bir sıra versiyalar var.
"Təbii ki, ilk növbədə Azərbaycan Türkiyə ilə birlikdə BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü ilə qarşıdurmaya getmək istəmədi".T.Zülfüqarov 26 sentyabr 2020-ci ilədək mövcud olan status-kvonu bu günlə müqayisə etməyi doğru sayır:
"Həmsədrlər tamamilə yeni şəraitdə çalışacaqlar. Əlbəttə, ermənilər Azərbaycanın 5 rayonun azad edilməsi ilə bağlı təkliflərini qəbul etsəydilər, bu gün bizim şərtlərimiz fərqli olardı. Hamı bilir ki, əvvəllər Şuşa və Hadrutun azad edilməsi tələb edilməmişdi. Eyni zamanda Laçın və Kəlbəcər rayonları Qarabağın statusu təsdiqlənəndən sonra boşaldılmalı idi. Bizim üçün strateji məsələ olan Zəngəzur dəhlizi ilə bağlı ümumiyyətdə ortada heç nə yox idi. Bundan başqa, Azərbaycanın silahlı qüvvələrinin azad edilmiş bölgələrə qayıtmasının qadağan edilməsi və yalnız yüngül silahlı hüquq-mühafizə qüvvələrinin ərazidə olmasına icazə verilməsi və s. məsələlər gündəmə gətirilmişdi".Keçmiş nazir hazırki vəziyyətə nəzərə salaraq vurğulayır ki, regionda Türkiyə-Rusiya tandeminin hakim olduğu dövrdə əsgərlərimizin qəhrəmanlığı və Ali Baş Komandanın siyasi iradəsi sayəsində çox şey əldə edə bildik.
"Prezidentin Minsk Qrupunun nə etməli olduğu barədə dediklərinə əlavə olaraq qeyd etmək istəyirəm ki, əsas mövzulardan biri sülhməramlıların mandatı və onların tərkibinin dəyişdirilməsi ola bilər. Məhz bu mövzu gündəmə gəlsə, vasitəçi tərəflər arasında qarşıdurma başlayacaq. Təbii ki, Ermənistanda da qərbyönümlü və rusiyapərəst qüvvələr arasında qarşıdurma davam edəcək və bu, obyektiv olaraq bizə siyasi manevrlər üçün geniş meydan açacaq", - deyə Tofiq Zülfüqarov vurğulayıb.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin yeni mərhələsində Bakının mövqeləri daha güclü və daha hazırlıqlıdır.
"AzPolitika.info"