Ötən gün oktyabrın 1-də İran Silahlı qüvvələrinin Azərbaycan sərhədləri yaxınlığında təlimləri başlayıb. İranın quru qoşunları komandanı general Kiyumars Heydərinin sözlərinə görə, hərbi təlimlər zirehli tank hissələrinin, artilleriyanın, PUA-ların və radiolakasiya texnikasının iştirakı, helikopter birliklərinin dəstəyi ilə keçiriləcək.Heç kəsin şübhəsi qalmayıb ki, Azərbaycanla sərhəddə İranın indiki hərbi təlimləri Tehranın Bakıya yolladığı təhdid siqnalıdır. Belə ki, indiyədək heç vaxt təlimlər İran KİV-lərində Azərbaycan əleyhinə bu dərəcədə güclü isteriya ilə müşayiət olunmayıb.İran Azərbaycan sərhədləri yaxınlığında təlimlərə başlayıbAncaq maraqlı olan nədir: Tehran özü üçün Bakıdan hansı təhlükəni gözləyir - bunu İran “qırğılar”ından heç biri izah etmək iqtidarında deyil. İlkin olaraq səbəb kimi Qarabağ ərazisindən keçən İran yükdaşıyan maşınlarına Azərbaycanın qoyduğu məhdudiyyətlər göstərilirdi.Sonra Bakının İsraillə əməkdaşlığı haqqında ittihamlar irəli sürüldü. İran XİN-in nümayəndəsi Səid Xətibzadə bəyan etdi: "İran öz sərhədləri yaxınlığında İsrailin hər hansı iştirakını qəbul etməyəcək və milli təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə istənilən zəruri addımları atacaq". Bu isə irimiqyaslı manevrlərin səbəbi kimi anlaşılmazlıq yaradır, çünki İsraillə Azərbaycanın əməkdaşlığı bu gün-dünən başlamayıb, ancaq indiyədək bu cür kəskin reaksiya doğurmayıb.
Sonra bir gün ərzində hər şey həqiqətə daha yaxın oldu. İslam inqilabı keşikçiləri Korpusunun (İİKK) quru qoşunlarının komandanı birbaşa bəyan etdi: "Biz qonşu ölkələrdə baş verən geosiyasi dəyişikliklərə təhlükəsizliyimizə ziyan vuran hadisə kimi baxırıq, bizim üçün bu - qırmızı cizgidir. Bizim qonşularımız hərbi təlimlərin keçirilməsinin səbəblərini çox yaxşı bilirlər".
İran XİN bildirir ki, ölkə sərhədləri yaxınlığında "İsrailin heç bir iştirakına yol verməyəcəklər"...Nəhayət İranın hökumətyönlü “Farxixteqan” qəzetinin birinci səhifəsində qışqıran başlıqla “İllüziyaların sultanları. Ərdoğanla Əliyevin hansı fantaziyaları var?” adlı redaksiya məqaləsi dərc olunanda həqiqət anı gəlib çatdı. Yazıda açıq mətnlə deyilirdi: "Türkiyənin qırmızı cizgini keçməsi və Qafqaza çıxışı Tehranı və Moskvanı İdlibdə Ankaraya qətiyyətli cavab verməyə təhrik edə bilər… Əliyev hökuməti bölgədə ən qeyri-sabit həlqədir. O, ya özünün (protürk - C.B.) siyasətindən dərhal əl çəkməli, ya da İranın və Rusiyanın artan təzyiqlə qarşılaşmalı olacaq".
Hər şey aydındır. Tehrandakı “qırğılar” Azərbaycandan Türkiyədən aralanmağı və İranın bölgədə ənənəvi maraqlarına ziyan vuran irimiqyaslı dəyişikliklərdən imtina etməlidir. Yəni, İran özünə daha böyük “hörmət” gözləyir. Bu məqsədlə də əzələ oyunu və diş qıcama nümayişi göstərilir.
Tehrandakı "qırğılar" tələb edirlər ki, Azərbaycan Türkiyə ilə münasibətlərdə bu qədər uzağa getməsinƏgər onlar Vladimir Putinlə Rəcəb Ərdoğanın öz aralarında həm İdliblə, həm də Cənubi Qafqazda sərhədlərin dəyişilməsi ilə bağlı razılığa gələcəklərini əvvəldən bilsəydilər, yəqin ki özlərini bir qədər sakit aparardılar. Və artıq Soçi ayıldıcı duşundan sonra onların ritorikası azalıb. Ancaq bu işdə heç kəs günahkar deyil - Tehran beynəlxalq aləmdə və bölgədə qüvvələr nisbətini düzgün dəyərləndirməli idi.Həmişə olduğu kimi bu dəfə də İrandakı Azərbaycan əleyhinə isteriya və əzələ oyunu daxili faktorlarsız ötüşmədi. “Bakını hörmətə məcbur etmək” kimi riqqətli istəkdə İİKK “qırğılar”ı ilə liberallar bir nöqtəyə vurdular. Liberallar İran cəmiyyətinə göstərməyə çalışırlar ki, onlar da “vətənpərvərdirlər”, İranın geosiyasi maraqlarının arxasında dağ kimi dayanıblar. Üstəlik, unutmaq olmaz ki, onların maliyyə və kommersiya maraqları həm İranda, həm də kənarda olan erməni diasporundan sıx asılıdır.
İbrahim Rəisiyə və onun administrasiyasına Azərbaycanla münasibətlərin kəskinləşməsi qətiyyən gərək deyil“Qırğılar”la bağlı məsələ isə elə də sadə deyil. İbrahim Rəisiyə və onun administrasiyasına Azərbaycanla münasibətlərin gərginləşməsi tamamilə gərəksizdir. Yeri gəlmişkən, məhz yeni daxili işlər naziri general Əhməd Vahidi mahiyyətində “Azərbaycan bizim dostumuzdur. Və bütün anlaşılmazlıqlar diplomatik yolla həll olunacaq” cümlələri dayanan bəyanatla çıxış etdi. Və bu bəyanat məhz Ərdəbildə, əhalisinin əksəriyyətini etnik azərbaycanlıların təşkil etdiyi eyniadlı əyalətin (ostan) paytaxtında səsləndirildi. O azərbaycanlılar ki, Vətən müharibəsi vaxtı gül-çiçəklə küçələrə çıxaraq Bakının qələbəsini alqışlayırdı.Ancaq “qırğılar”a yeni prezidentə “evdə böyüyün kim olduğunu”, İranda siyasəti kimlərin müəyyənləşdirdiyini göstərmək, onu öz kurslarının girovuna çevirmək olduqca vacibdir. Deməli, təlimlərdən birbaşa sonra yox, üç-dörd ay keçəndən sonra Rəisi güc blokunda kadr yerdəyişmələrinə başlayaraq “qırğılar”ı özünün mötədil tərəfdarları ilə əvəzləyəcək. Əks halda İrandakı Azərbaycan əleyhinə dairələr özlərinin avantüralarını davam etdirəcəklər. Və bu dəfə də nəticəsiz olaraq.
Müəllif: Cəmal Bustani, haqqin.az saytının yazarı