"İran və Azərbaycan mübahisəni özləri həll etməlidir" - ƏLİ XAMENEİNİN BƏYANAT

4-10-2021, 09:23   


Azərbaycanla İran arasında yaranan mübahisəli məsələlər xarici qüvvələrin müdaxiləsi olmadan həll edilməlidir. "ISNA" agentliyi xəbər veri ki, bunu İslam Respublikasının ali dini lideri Əli Xameneyi bildirib.
"Ölkənin şimal-qərbindəki son vəziyyət, bölgədəki xarici qüvvələrin müdaxiləsi və hərbi iştirakı olmadan həll edilməlidir", - o vurğulayıb.
"Region xalqlarının orduları vəziyyəti özləri idarə edə bilərlər və biz başqa qüvvələrin müdaxilə etməsinə icazə verməyəcəyik", - deyə, Xameneyi əlavə edib.
Xamneyinin bəyanatı Azərbaycanla İran arasında siyasi gərginliyin, eləcə də İran ordusunun Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlərə başlamasının fonunda səslənib.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.