"Sputnik" agentliyi ABŞ və Yunanıstan arasında hazırlanan müdafiə paktının Türkiyə üçün böyük təzyiq mənbəyi olaraq istifadə edilə biləcəyini yazıb.
Anaxeber.info Publika.az-a istinadən xəbər verir ki, "Müstəqil Sülh və Azadlıq İnstitutu Mərkəzi"nin (Independent Institue Center for Peace and Liberty) mütəxəssisi İvan Eland iki ölkə arasındakı anlaşmanın Türkiyənin Amerika bazaları ilə daha çox əməkdaşlıq etməsi üçün bir təzyiq vasitəsi olaraq istifadə ediləcəyini bildirib.
Ekspert ABŞ-ın soyqırımı məsələsində Türkiyəyə qarşı dəstəklədiyi Yunanıstanın yanında görünərək istədiklərini əldə etməyə çalışacağını söyləyib.
"Vaşinqton bəzi hallarda Türkiyəni dəstəkləsə də, daha geniş strateji maraqların qarşısına çıxdığı hallar istisna olmaqla Yunanıstanı müdafiə edir" deyən İ.Eland ABŞ-ın niyyətinin hər kəsin diqqətini öz maraqlarına yönəltmək olduğunu qeyd edib.