Azərbaycan qoşunları Qafanda yüksəkliyi ələ keçirdi?

19-10-2021, 08:29   


Ermənistanda bir neçə gündür deyirlər ki, Azərbaycan Qafan şəhəri yaxınlığında yerləşən Pela (Ağdağ - red.) təpəsinə nəzarəti ələ keçirib.
Şənbə günü "Ermənistan" blokunun deputatı Anna Qriqoryan bu barədə ilk dəfə bəyan edib. Müxalifətçi deputatın açıqlamaları şərhsiz qalıb. Amma bu gün analoji bəyanatı Qafan icmasının rəhbəri Gevorq Parsyan səsləndirib.
O iddia edir ki, bu strateji yüksəkliyin Azərbaycan tərəfinə verilməsi ilə bağlı razılaşma 2021-ci ilin qışında əldə edilib, lakin rəsmən açıqlanmayıb.
Parsyan qeyd edir ki, hündürlük üzərində nəzarət qurulduqdan sonra Azərbaycan tərəfi yolun bitişik hissəsini bağlayıb. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni deputatın və məmurun açıqlamalarını tezliklə təkzib edib.
Qurum bu ərazidə heç bir mövqe dəyişikliyinin baş vermədiyini bəyan edib.
"Ermənistan Respublikasının sərhəd qoşunları göstərilən ərazidə dövlət sərhədini qorumağa davam edir", - Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.