İlahiyyatçı İlqar İbrahimoğlu sərbəst buraxılıb (yenilənib)
20-10-2021, 08:23
İlahiyyatçı Hacı İlqar İbrahimoğlu oktyabrın 20-də səhərə yaxın sərbəst buraxılıb. Bu barədə Hacı İlqar İbrahimoğlu "Facebook" səhifəsində yaydığı video müraciətində bildirib. Hacı İlqar İbrahimoğlu deyib ki, onu evdən aparıblar, ardınca şahid qismində dindirilmək üçün dəvət olunub: "Bir neçə saat maraqlandırılan suallar ətrafında geniş müzakirələr keçirildi. Bütün dindirilmə boyu çox peşəkar, korrekt davranma olub. Beləliklə, mənə ünvanlanan bütün mövzuyla bağlı məsələlər cavablandığı üçün hazırda sərbəst buraxılmışam". Hacı İlqar İbrahimoğlu yaxın bir neçə gündə ona müraciət etməməyi xahiş edib: "Çünki texniki imkanım olmadığı üçün sosial şəbəkələr vasitəsilə mənə müraciət etməyin. İnşaallah, yaxın bir neçə gündə xidmətinizdə olacam". ***