Vidadi İsayev üçün yol göründü: ya həbs, ya da sərvətini...

20-10-2021, 09:56   

 
 
 
Ölkədə korrupsiyaya bulaşan, büdcə pulları sayəsində varlanıb biznes quran, sərvət yığan elə bir nazir, yaxud məmur qalmır ki, həbs edilməsin, ən azı işindən azad olunmasın. İstər keçmiş nazirlərdən Səlim Müslümovun həbsi, Ziya Məmmədovun, Əbülfəs Qarayevin, Fazil Məmmədovun sərvətinin əlindən alınması olsun, istərsə səkkiz icra başçısının qandallanması, digər məmurların cəzalandırılması...yəni heç kəs kənarda qalmayıb. 
O baxımdan bu cərgədə Bərdənin icra başçısı Vidadi İsayevin olacağı da qaçılmaz görünür. Anaxeber.info məlumat verir ki, adı bir çox qalmaqallarda hallanan, vətəndaşlara, şəhid ailələrinə kobud münasibəti ilə seçilən, 44 günlük müharibə zamanı əsgərərə ayrılan payı belə mənimsəməkdə ittiham olunan, saysız-hesabsız biznes subyektlərinin siyahısının yayılması V.İsayevin cəzadan yaxa qurtara bilməyəcəyinə dəlalət edir. 
Artıq siyasi kulislərdə belə xəbərlər dolaşır ki, növbəti başı gedəcək məmur V.İsayev ola bilər. Onun Bərdədə fəaliyyəti həddini aşıb və zaman baxımdan da uzun müddətdir ki, rayona rəhbərlik edir. Bu dövrdə isə yalnız özünə qarşı əhalidə nifrət, narazılıq yaradıb, Bərdənin səkilərini, parklarını qarış-qarış satıb, özü və oğlu üçün biznes obyektlərinin sayını artırıb. 
Adı heç zaman müsbət hadisədə çəkilməyən bir icra başçısına sona qədər şərait yaradılacağını gözləmək sadəlövhlük olardı. V.İsayev üçün qarşıda iki yol var: ən yaxşı halda vəzifəsindən azad edilməsi, ən pis halda kabinetindən aparılaraq barəsində həbs-qətiimkan tədbiri seçilməsi...
Çünki Bərdənin icra başçısı ilə eyni dərəcədə varlanmış, qanunsuzluqlara yol vermiş məmurların əksəriyyəti cəzalanıb. Odur ki, İsayevə hər hansı imtiyaz olacağı gözlənilmir. Sadəcə, “X” günü nə vaxtdır, bəs onu proqnozlaşdırmaq çətindir. İddia edilir ki, V.İsayev özünə kiçik bir yaddaş kitabçası açıb və orada məmurların həyata keçirdiyi maxinasiyalar son qəpiyinə kimi qeyd olunub. Məhz icra başçısı idarə müdirlərinin ayda nə qədər qazanc əldə etdiklərini hər kəsdən yaxşı bilir. Əgər həmin siyahı istintaqın əlinə keçsə, Bərdə şefi çətin qurtula bilsin. Prezident də bu yaxınlarda da xatırlatmışdı ki, cinayətə yol verən icra başçıları cəzalanacaq, kiməsə toxunulmazlıq statusu verilməyib. 
Bizsə icra başçısının kəhkəşanının siyahısını təqdim edirik və təsəvvür edin ki, İsayev hansı imperiyaya sahibdir:
Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil
H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil
Şərq küç, ev 11B ünvanında xidməti mənzil
Oğluna 100.000 manatlıq çayxana,
Kürəkəninə qaçqın şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan
"Ana və Uşaq" kafesi
"Təchizat BCS" MMC şirkəti
Bərdədə ikimərtəbəli mağaza
Mixaylovka kəndində bir imarət
Ağcakənddə ikinci böyük villa
Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə
 
90-GP-555 dövlət nişanlı Toyota Prado
Mercedes G63 AMG
Bərdədə Heydər Əliyev parkında kafe
Yevlaxda əzəmətli villa
Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər, eləcə də Rusiyada, Türkiyədə biznes və obyektlər…Bütün bunlar camaatın maaş kartlarından, idarə və müəssisələrdən yığılan "otkat"lardan, xalqdan oğurlanan pullardan alınan varidatın az hissəsidir. 
 
 Anaxeber.info
 
 
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.