Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Moskvada: məxfi missiya -

3-11-2021, 10:56   


ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns ABŞ prezidenti Co Baydenin tapşırığı ilə Rusiya paytaxtına iki günlük səfərə gəlib. Bu barədə TASS Amerikanın Moskvadakı səfirliyinə istinadən xəbər verir.
“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns prezident adından ABŞ-ın yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edir. Noyabrın 2 və 3-də Moskvaya səfər çərçivəsində nümayəndə heyəti ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə etmək üçün Rusiya rəhbərliyinin nümayəndələri ilə görüşəcək”, - diplomatik nümayəndəlikdən bildirilib.

Səfirlik Bernsin konkret kiminlə görüşəcəyini açıqlamayıb. Lakin, bundan əvvəl bildirilirdi ki, Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bernslə görüşüb. Bu Patruşevlə Berns-in MKİ-nin rəhbəri qismində ilk görüşüdür. Qeyd olunur ki, daha əvvəl Berns-in Moskvaya səfəri haqda heç bir anons olmayıb. Berns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışıb. Bu ilin martından isə Berns MKİ-nin direktoru vəzifəsini icra edir.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.