ABŞ dövlət katibi sərhəddə yaranmış böhranın arxasında Rusiyanın dayandığını bildirir

15-11-2021, 11:47   


ABŞ dövlət katibi Entoni Blinkin Polşanın Belarusla sərhədində hökm sürən qaçqın böhranının arxasında Rusiyanın dayandığını bildirir. Bu haqda Entoni Blinken Polşa xarici işlər naziri Zbiqnev Rau ilə telefon danışığı zaman bəyan edib. Dövlət katibi bildirib ki, Rusiyanın məqsədi Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsindən diqqəti yayındırmaqdır.
 
“Belarusda miqrantlarla bağlı böhran Lukaşenkonun diqqəti Rusiyanın Ukrayna ilə sərhəddəki hərəkətlərindən yayındırmaq cəhdidir”, - ABŞ dövlət katibi bellə deyib. Telefon danışığının məzmununu Dövlət Departamentinin rəsmisi Ned Prays çatdırıb.
O bildirib ki, dövlət katibi Blinken indiki böhranla bağlı ABŞ-ın Polşaya tam dəstəyini ifadə edib. Blinken deyib ki, Lukaşenko bu böhranı yaratmaqla diqqəti Rusiyanın Ukrayna sərhədlərindəki hərəkətlərindən yayındırmaq istəyir. Söhbət zamanı Blinken öz həmkarına Polşanın Ukraynanın ərazi bütövlüyünə tam dəstəyinə görə təşəkkür edib. “Polşa, ABŞ və digər müttəfiqlər bu məsələdə vahid mövqedədirlər ki, Moskva öz hərbi təcavüzlərinə qarşı cavab verməyə məcbur edilməlidir”, - Prays bildirib.
Ned Prays dəqiqləşdirib ki, Blinkenlə Rau arasında telefon danışığı ötən şənbə günü baş tutub.
Qeyd edək ki, bir sıra Yaxın Şərq və Afrika ölkələrindən olan minlərlə qaçqın Belarusun turizm firmaları tərəfindən daşınaraq ölkənin Polşa ilə sərhədlərində cəmləşdirilib. Onlar sərhədi keçərək əsasən Almaniyaya axın etmək istəyir. Lakin Polşa öz sərhədlərini qaçqınlara bağlayıb və sərhəddə yaradılmış bu gərginliyə görə Avropa İttifaqı Belarusa qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

Rusiya isə artıq bir neçə həftədir Ukrayna ilə sərhədləri boyu iri qoşun qruplaşmaları, minlərlə tank və zirehli texnika cəmləşdirməkdədir. Moskva Ukraynaya qarşı hərbi təcavüz planlarının olduğunu inkar etsə də Qərb dövlətləri ABŞ başda olmaqla bu təhlükəni real hesab edirlər. Ehtimallara görə Rusiya Donbassda separatçılarla Ukrayna ordusu ilə toqquşmaları qızışdıraraq bundan hərbi müdaxilə bəhanəsi kimi istifadə edə bilər. Hansı ki, Donbassda vəziyyət gərgin olaraq qalır və tərəflər hər gün ağır artilleriyanı, tankları işə salırlar.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.