Türkiyə Rusiya Federasiyası ilə Ukrayna arasında böhranın həllində iştirak edəcəyinə ümid edir və bu mövzunu Moskva və Kiyevlə müzakirə etmək niyyətindədir. “Anadolu” xəbər agentliyinin yaydığı məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Öz növbəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Donbassdakı vəziyyətin həlli üçün Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə sammitinin çağırılması təklifi ilə bağlı dərc edilən məlumatı şərh etməkdən imtina edib.
“Məsələ ondadır ki, Rusiya Donbassla bağlı münaqişənin tərəfi deyil və belə sammitdə problemin həlli yollarını tapmaq mümkün olmayacaq. Münaqişənin tərəfləri bir tərəfdən Kiyev, digər tərəfdən isə özünü elan etmiş respublikaların nümayəndələridir”, - deyə, Kremlin sözçüsü Ukraynanın şərqindəki problemlərin müzakirəsi üçün Moskva, Kiyev və Ankaranın iştirakı ilə Türkiyədə üçtərəfli sammitinin keçirilməsinin mümkünsüzlüyünü vurğulayıb.
virtualaz.org