Sabah İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

13-12-2021, 16:51   


Sabah dekabrın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş olacaq. Bu barədə Brüsseldə, “Şərq Tərəfdaşlığı” ölkələrinin dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində jurnalistlərə Avropa İttifaqının yüksək rütbəli nümayəndəsi bildirib.

“Avropa İttifaqı Şurasının sədri sabah Ermənistanın baş naziri və Azərbaycan prezidenti ilə əvvəlcə ikitərəfli görüşlər keçirəcək. Elə sabah da onlarla üçtərəfli görüş olacaq”,-mənbə deyib.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.