ABŞ və Rusiya arasında gizli görüş...

28-08-2014, 10:25   
ABŞ və Rusiya arasında gizli görüş...Rusiya Xarici İşlər Nazirliyi Finlandiyada ABŞ və Rusiyanın Ukrayna münaqişəsini gizli müzakirə etdiklərini təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, XİN-in açıqlamasında bildirilir ki, iyun ayının sonunda Finlandiyada Boysto adasında ABŞ və Rusiya nümayəndələri görüşüb.

“Tərəflər Ukrayna münaqişəsinin həlli yollarını müzakirə ediblər. Lakin görüşdə rəsmi nümayəndə olmayıb. Görüşdə Qeyri Hökumət Təşkilatının nümayəndələri və bir sıra akamediklər olub. Görüşlər dövlət səviyyəsində keçirilməyib”, - deyə açıqlamada deyilir.

Qeyd edək ki, Finlandiya Xarici İşlər Nazirliyi məlumat yaymışdı ki, Boysto adasında ABŞ və Rusiyadan olan rəsmi nümayəndələr gizli şəkildə görüşərək Ukrayna münaqişəsini müzakirə ediblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.